PKK-ya qarşı əməliyyat zamanı 2 hərbçi və 2 kənd qoruyucusu şəhid olub
Türkiyənin Ağrı şәhәrindә PKK silahlılarına qarşı aparılan əməliyyat zamanı 2 hərbçi və 2 kənd qoruyucusu şəhid olub.
817236

Türkiyənin Ağrı şәhәrindә PKK terrorçularına qarşı aparılan əməliyyat zamanı 2 hərbçi və 2 kənd qoruyucusu şəhid olub.
Bu barәdә Ağrı Valisi Süleyman Elban mәlumat verib.
Məlumata görə, bölgədə hәyata keçirilәn əməliyyat zamanı həmçinin 8 təhlükəsizlik xidməti əməkdaşı da yaralanıb.
Daxili İşlәr Nazirliyinin məlumatına əsasən, əməliyyat zamanı 10 terrorçu məhv edilib, terrorçulara məxsus xeyli sayda silah-sursat aşkarlanıb. Bölgədəki əməliyyatın davam etdiyi bildirilir.
Qeyd edək ki, Ağrı şәhәrindә əməliyyat sentyabrın 25-də PKK terrorçularının mikroavtobusu atəşə tutmasından sonra başlayıb. Vilayətin Yaygınyurt kəndi yaxınlığında qeydə alınan hadisə zamanı Əfqanıstandan olan 3 miqrant ölüb, daha 7 nəfər yaralanıb.