Alman əsgərlərinin Adanadakı İncirlik Hərbi Bazasından çıxdı

Almaniyanın İncirlik Hərbi Bazasında təxminən 260 əsgəri, bir xilasetmə və Tornado təyyarələri var idi.

816999
Alman əsgərlərinin Adanadakı İncirlik Hərbi Bazasından çıxdı

  Alman əsgərlərinin Adanadakı İncirlik Hərbi Bazasından çıxma prosesi yekunlaşdı.

  Almaniya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir: “İncilikdəki son alman əsgərləri 27 sentyabrda bazadan ayrıldı. Almaniya hərbi birlikləri İordaniyadakı Azrak Hava Bazasına köçəcək, oktyabr ayının ilk həftələrindən Tornado kəşfiyyat təyyarələrinin də ora getməsilə işlər böyük ölçüdə tamamlanacaq.”

  Qeyd edək ki, Almaniyanın İncirlik Hərbi Bazasında təxminən 260 əsgəri, bir xilasetmə və Tornado təyyarələri var idi.

  Beləliklə, Almaniya əsgərləri, qısa müddətdən sonra DAEŞ-lə mübarizə koalisiyasına dəstək olmaq üçün tamamlama və kəşfiyyat uçuşlarını İordaniyadakı Azrak Hava Bazasından həyata keçirməyə başlayacaq.



Әlaqәli Xәbәrlәr