Çavuşoğlu 16 May hadisələri zamanı tutulan Türkiyə vətəndaşlarına baş çəkdi

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 16 mayda Türkiyənin ABŞ səfirliyi önündəki hadisələrdən sonra nəzarətə alınan və hələ də həbsdə olan Eyüp Yıldırım və Sinan Narinə baş çəkib.

812877
Çavuşoğlu 16 May hadisələri zamanı tutulan Türkiyə vətəndaşlarına baş çəkdi

   Bu barədə sosial media hesabından məlumat verən M.Çavuşoğlu deyib: "Vaşinqtonda mühakiməsi davam edən Sinan Narin və Eyüp Yıldırım qardaşlarımıza baş çəkdik, millətimizin sevgi və salamlarını çatdırdıq".

  Qeyd edək ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 16 mayda Vaşinqtona səfəri zamanı Türkiyənin ABŞ səfirliyi qarşısında toplanan terror təşkilatı PKK/PYD tərəfdarları icazəsiz mitinq etmiş, qarşıdurma yaranmış, bir PKK-lı və üç türkiyəli nəzarətə alınmışdı. Tutulan türkiyəlilərdən biri həmin gün azad edilmiş, Yıldırım və Narin isə həbs olunmuşdu. ABŞ məhkəməsi 16 iyunda Sinan Narinin, 30 iyunda isə Eyüp İldırımın işlərinə baxıb, hər iki vətəndaşın həbsinin davamına qərar verib.

  Nyu-York səfəri zamanı “Bloomberg Global” Biznes Forumunda çıxışı zamanı R.T.Ərdoğan 16 May hadisələrinə də toxunaraq deyib: "Ağ Evə girərkən sizin “fəallar” dediyiniz PKK-lılar nümayişi etdilər. Polis onlara müdaxilə etmədi. Sonra səfirlik binasına keçərkən də polisin müdaxiləsini görmədik. Ona görə mənim cangüdənlərim qoruma tədbirlərinə əl ataraq istər-istəməz vəziyyətə müdaxilə etmək məcburiyyətində qaldı. Oradakı Türkiyənin vətənpərvər övladlarının bəzilərini meqafonla vurdular və baş-gözləri qan içində oldu. Çox maraqlıdır, bu işi görənləri tutmadılar. Amma mənim mühafizə edənləri istintaqa çəkdilər. Haradasan Amerika ədaləti? Mən prezidentə də söylədim. “Təqib edirik, amma ştatdan (əyalət) qaynaqlanan bir vəziyyətdir” deyirlər. Ümid edirəm ki, bu səhv tezliklə düzələr.”



Әlaqәli Xәbәrlәr