Türkiyə Milli Təhlükəsizlik Şurası referendumu qeyri-qanuni elan etdi

Türkiyə Milli Təhlükəsizlik Şurası İraq Kürd Regional Rəhbərliyinin referendum keçirilməsinin qanuni olmadığını bildirdi.

812498
Türkiyə Milli Təhlükəsizlik Şurası referendumu qeyri-qanuni elan etdi

  Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın başçlığı ilə 3 saat davam edən toplantıdan sonra qəbul edilən bəyanatda bildirilir: “25 sentyabrda İraq Kürd Regional Rəhbərliyinin təşkil etmək istədiyi referendum qanuni deyil və qəbul edilə bilməz. Bu referendum Türkiyənin milli təhlükəsizliyinə təhdiddir. Bütün bəhanələrə baxmayaraq, Türkiyə beynəlxalq və ikitərəfli razılaşmalara əsasən öz haqqlarını qoruyacaq. Eyni zamanda, Türkiyə İraq Kürd Regional Rəhbərliyi ilə İraq mərkəzi hökuməti arasında problemlərin həllinə yardım etməyə hazırdır.”



Әlaqәli Xәbәrlәr