Ərdoğan yəhudilərin Roş Aşana Bayramını təbrik etdi

Ərdoğanın təbrik məktubunda bu ifadələrə yer verilib...

811386
Ərdoğan yəhudilərin Roş Aşana Bayramını təbrik etdi

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan musəvilərin Roş Aşana Bayramını təbrik etdi.

  Ərdoğanın təbrik məktubunda bu ifadələrə yer verilib:

  "İvrit təqviminə görə yeni ili simvollaşdıran və yəhudi inancının mühüm dini bayramlarından biri olan Roş Aşana münasibətilə yəhudi vətəndaşlarımızı ürəkdən təbrik edirəm. Biz ictimai, mədəni və dini fərqləri tarix boyu sərvət olaraq qəbul edən qədim ənənə nümayəndələriyik. Vətəndaşlarımızın din, dil, irq, etnik mənşə və inanc ayrı-seçkiliyinə məruz qalmadan, hamı birlikdə sülh və əmin-amanlıq şəraitində yaşamalarına böyük əhəmiyyət veririk. Bütün vətəndaşlarımız öz mədəniyyət, din və adət-ənənələrini sərbəst yaşama haqqı olduğunu bilir. Ulu babalarımızdan miras qalan bu anlayışın mühafizəsini bərabərliyimizin də təminatı kimi görürük.

  Roş Aşana münasibətilə, başda Türkiyə vətəndaşları olmaqla, bütün yəhudilərə təbriklərimi çatdırır, onlara can sağlığı arzulayıram".



Әlaqәli Xәbәrlәr