Türkiyə dövlət başçısı Qazaxıstanda rəsmi səfərdədir

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı Sammitində iştirak etmək üçün Qazaxıstana rəsmi səfər edib.

803868
Türkiyə dövlət başçısı Qazaxıstanda rəsmi səfərdədir

  Sentyabrın 9-u səhər Prezident Sarayında rəsmi qarşılanma mərasimindən sonra R.T.Ərdoğan və Qazaxıstan prezidenti Nursultan Nazarbayev təkbətək görüş keçirdilər.

  Görüşdən əvvəl etdiyi çıxışında Türkiyə başçısı iki ölkə arasındakı əlaqələri gün-gündən artırma səylərinə diqqət çəkdi, 2 milyard dollarlıq ticarət həcmini 5 milyarda qaldırmağı planladıqlarını söylədi, regional problemlərin həllində N.Nazarbayevin dəstəyini qeyd etdi.

  Bu gün Ərdoğan və Nazarbayev birlikdə görüşlərindən sonra təşkil ediləcək mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaqlar.    

  Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı Sammiti sabah - 10 sentyabr bazar günü başlayacaq.

  Türkiyənin dövlət başçısı ilə Qazaxıstan səfərində Baş nazir müavini Hakan Çavuşoğlu, İqtisadiyyat naziri Nihat Zeybekci, Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü, Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya da iştirak edir.



Әlaqәli Xәbәrlәr