Mehmet Şimşək "TRT Xəbər"in qonağı oldu

Türkiyə baş nazirinin iqtisadiyyat məsələləri üzrə müavini Mehmet Şimşək ilin sonunda inflyasiyanın 10%-dən az olacağını söylədi.

802037
Mehmet Şimşək "TRT Xəbər"in qonağı oldu

Türkiyə baş nazirinin iqtisadiyyat məsələləri üzrə müavini Mehmet Şimşək "TRT Xəbər" kanalında yayımlanan "Anadolu Soruşur" proqramında gündəmdəki mövzulara dair sualları cavablandırdı.

Türkiyənin AK Parti hökumətlərinə qədər xroniki yüksək inflyasiya problemi olduğunu bildirən Şimşək böyük səylər nəticəsində inflyasiyanın təkrəqəmli vəziyyətə endirildiyini, lakin çevriliş cəhdindən sonra son bir ildə yaşanan məzənnə şoku və qida qiymətlərindəki cüzi artım səbəbindən inflyasiyanın müvəqqəti olaraq ikirəqəmli hal aldığını söylədi.

Mehmet Şimşək iilin sonunda inflyasiyanın 10%-dən az olacağını bildirdi.

Orta və uzun müddətli qida təchizatını artıracaq və vətəndaşların büdcəsinə müsbət təsir edəcək addımlar atıldığını qeyd edən Şimşək bu çərçivədə yay tərəvəz və meyvələrində 50% tullantı nisbətinin azaldılması istiqamətində tədbirlər görüləcəyini dedi.

Baş nazirin müavini Türkiyə-Avropa İttifaqı münasibətləri barəsində:"Avropada Türkiyənin adının daxili siyasətə mövzu olaraq hallandırılmasını heyrətlə izləyirik, həqiqiətən kədərləndirici bir vəziyyətdir" ifadələrini işlətdi.

Mehmet Şimşək suriyalı qaçqınlar məsələsi ilə bağlı:"Suriyalı qonaqların şəhərlərə təsiri ciddi ölçülər almışdır" deyərək bu təsiri azaltmaq üçün bələdiyyələrin infrastuktur fəaliyyətlərində, təhsil,səhiyyə kimi xidmətlərdə fərqli tədbirlər görüldüyünü qeyd etdi.

 

 



Әlaqәli Xәbәrlәr