Bu gün 30 Avqust Zəfər Bayramıdır

Bu gün Qurtuluş Savaşının qələbə gününü- 30 Avqust Zəfər Bayramını qeyd edirik

798755
Bu gün 30 Avqust Zəfər Bayramıdır

Birinci Dünya Müharibəsinin sonunda Osmanlı Dövlətinin məğlub olmasına və ölkə ərazisinin xarici qüvvələr tərəfindən işğalına Yunanıstan ordusunun Anadolunu istila təşəbbüsü də əlavə olundu. Bundan sonra bir neçə il davam edəcək Qurtuluş Mübarizəsi başladı. Qurtuluş Savaşının son mərhələsi 30 avqust 1922-ci il tarixindəki Baş Komandanlıq Meydan Müharibəsi oldu. Bu müharibədəki  qələbə müstəqil Türkiyə Respublikasının qurulmasına imkan yaratdı. Müstəqilliyin təminatı olan Türkiyənin qəhrəman Ordusunun və Millətinin 30 Avqust Zəfər Bayramını təbrik edir, bu qələbənin qazanılmasında qanını, tərini qəhrəmanlıqla axıdan və bu gözəl vətəni Türk xalqına ərmağan edən ataları rəhmət və minnətdarlıqla yad edirik.



Әlaqәli Xәbәrlәr