Mahmud Abbas Türkiyəyə rəsmi səfər etdi

Fələstin lideri Mahmud Abbas Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gəldi.

797626
Mahmud Abbas Türkiyəyə rəsmi səfər etdi

Fələstin lideri  Mahmud Abbas Türkiyəyə rəsmi səfərə gəldi.
 
Mahmud Abbası və başçılıq etdiyi nümayəndə heyətini Esenboğa Hava Limanında Türkiyənin Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü qarşıladı.
 
 Daha əvvəl Türkiyə Prezident Aparatı Mətbuat Mərkəzindən verilən məlumatda Fələstin liderinin prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 27-29 avqust tarixlərində Türkiyəyə rəsmi səfər edəcəyi bildirilmişdi.
 
Məlumatda səfər zamanı keçiriləcək görüşlərdə Türkiyə ilə dost və qardaş Fələstin dövləti arasında ikitərəfli münasibətlərin müzakirəsi, eyni zamanda, fələstinlilər arasında barış və sülh prosesinin canlandırılması məsələləri üzərində dayanılacağı qeyd olunmuşdu.



Әlaqәli Xәbәrlәr