Van şəhərində 2 terrorçu zərərsizləşdirildi

Terrorla mübarizə aramsız və qətiyyətli şəkildə davam etdirilir.

796267
Van şəhərində 2 terrorçu zərərsizləşdirildi

Van vilayətinin Gürpınar qəsəbəsi ərazilərinin Faraşin bölgəsi Çalyan yaylasında terror təşkilatına qarşı həyata keçirilən əməliyyat nəticəsində iki terrorçu zərərsizləşdirilib.

Van Valiliyinin məlumatına əsasasən, Bölgə Jandarm Komandanlığı ilə Polis İdarəsi bölgədə bir qrup PKK/KCK-lı (PKK-nın şəhərlərdə təşkilatlanması) terrorçunun olduğunu müəyyənləşdirib. Bölgədə başladılan hava dəstəkli əməliyyat nəticəsində 2 terrorçu zərərsizləşdirilmişdir. Xalqın dincliyi və təhlükəsizliyini təmin etmək məqsədi ilə davam etdirilən terrorla mübarizə aramsız və qətiyyətli şəkildə davam etdiriləcəkdir.


Etiketlәr: #terrorçu , #PKK , #əməliyyat

Әlaqәli Xәbәrlәr