Valeriy Gerasimov və James Mattis Türkiyəyə səfər edəcəklər

Ankara İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Bakıridən sonra iki əhəmiyyətli qonağı da qarşılamağa hazırlaşır.

792884
Valeriy Gerasimov və James Mattis Türkiyəyə səfər edəcəklər
valery gerasimov.jpg

 Ankara İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Bakıridən sonra iki əhəmiyyətli qonağı da qarşılamağa hazırlaşır.
 
 Yaxın günlərdə əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov Ankaraya gələcək.
 
 Sonra Amerika Birləşmiş Ştatlarının müdafiə naziri James Mattis  avqustun 23-də  paytaxtda görüşlər keçirəcək.
 
 ABŞ Müdafiə Nazirliy i-  Pentaqondan verilən məlumatda Mattisin İordaniya, Türkiyə və Ukraynaya səfər edəcəyi bildirilir.
 
 Avqustun 23-də Ankarada danışıqlar aparacaq Mattisin Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Nurəddin Canikli və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü planlaşdırılır.
 
 Məlumatda Mattisin ABŞ-ın Türkiyənin dəyişməz bir NATO müttəfiqi və strateji tərəfdaş olduğunu bir daha vurğulayacağı qeyd edilir.
 
 Səfərdə Türkiyənin PKK terroruna qarşı mübarizəsi, təhlükəsizlik qayğıları və regional sabitliyin təmin edilməsi məsələlərində əməkdaşlığın müzakirə olunacağı deyilir.
 
 Mattis avqustun 24-də Ukraynaya gedəcək.



Әlaqәli Xәbәrlәr