ŞKTR Türkiyǝ ilǝ ǝmǝkdaşlığı daha da gücləndirir

Rǝsmi görüşlǝr keçirmǝk üzrǝ Şimali Kıbrıs Türk Respublikasında sǝfǝrdǝ olan Maliyǝ naziri Ağbal Baş nazir Özgürgünün qǝbulunda olub.

791866
ŞKTR Türkiyǝ ilǝ ǝmǝkdaşlığı daha da gücləndirir

Baş nazir Özgürgün, müavini vǝ maliyyǝ naziri Sǝrdar Denkdaşın da qatıldığı qǝbul zamanı, Türkiyǝnin maliyyǝ nazirini Şimali Kıbrıs Türk Respublikasında görmǝkdǝn mǝmnuniyyitini ifadǝ  edib  vǝ  iki ölkǝ arasındakı mövcud güçlü ǝmǝkdaşlığı daha da irǝli pillǝlǝrǝ qaldıracaqlarını  bildirib.  

Doğma vǝtǝn  Türkiyə ilə maliyyə sahǝsindǝ ǝmǝkdaşlıq edilmǝsini nǝzǝrdǝ tutan protokol çərçivəsində müxtǝlif layihǝlǝr hǝyata keçirdiklǝrini xatırladan Özgürgün İqtisadiyyat və maliyyə sahǝsindǝ əməkdaşlıq protokolu çǝrçivǝsindǝ dǝ güçlü addımlar atıldığını  vurğulayıb.

Nazir Ağbal da "Gəlir və Vergi İdarǝsinin e-Vergi Avtomatlaşdırma Sistemi" xidmət binasının açılış mərasiminǝ qatılmaq mǝqsǝdiylǝ Kıbrısda olmaqdan  mǝmnuniyyǝtini ifadǝ  edǝrǝk: Maliyyə Nazirliyi ilə Vergi İdarǝsi tǝrǝfindǝn hǝyata keçirilǝn bu layihə ilǝ vətəndaşalara ǝhǝmiyyǝtli xidmǝtlǝr tiqdim edilǝcǝk. Vətəndaşlar, avtomatlaşdırmanın imkanlarından bǝhrǝlǝnǝcǝklǝr. Bu da iki ölkǝ arasındakı əməkdaşlığın daha da möhkǝmlǝşmǝsinǝ töhfǝ verǝcǝk.



Әlaqәli Xәbәrlәr