"İki ölkənin Egey dənizində bir-birilə əlaqəli hələ də bir sıra problemi var", M.Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Yunanıstan arasında Egey dənizində bir-birləriylə əlaqəli bir sıra problem olduğunu bildirdi.

790317
"İki ölkənin Egey dənizində bir-birilə əlaqəli hələ də bir sıra problemi var", M.Çavuşoğlu

  Türkiyə Böyük Millət Məclisində gündəmlə bağlı çıxışında M.Çavuşoğlu deyib:

  "Egey dənizində bəzi adacıq və qayalıqların aidiyyətilə əlaqədar Türkiyə ilə Yunanıstan arasında dəqiq etibarlı beynəlxalq dəniz sərhədlərinin olmaması ucbatından mümkün olmur. Amma Egey adalarının aidiyyətilə bağlı əsas beynəlxalq sənədlər 1923-cü ildə Lozanna və 1947-ci ildə Paris sülh müqavilələrində qeyd olunub. Bu müqavilələrdə adaların suveren və silahsız olmaları ilə əlaqədar ayrıntılı maddələr vardır. Bu baxımdan problemin Lozanna və Paris müqavilələrində hüquqi həlli var. Ona görə ölkəmiz ağlabatan və ədalətli dialoq yolu ilə həll olmasını arzu edir.

  Egey dənizilə bağlı bütün problemlərin həllinə dair görüşlər Türkiyə Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə 1996-cı ildən bu yana keçirilir. Amma Yunanıstanın qəbul və təşəbbüs etmir, üstəlik bizim Xarici İşlər Nazirliyinə qeydlərini də göndərməkdən çəkinmir.”



Әlaqәli Xәbәrlәr