Türkiyə 2017-ci ilin ilk rübündə dünyanın ən sürətlə böyüyən 3-cü ölkəsi oldu

Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkci Aydının Buharkent rayonu bələdiyyəsində keçirilən 13-ci Təzə Əncir Festivalının açılış mərasimində bildirdi.

788897
Türkiyə 2017-ci ilin ilk rübündə dünyanın ən sürətlə böyüyən 3-cü ölkəsi oldu

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkci Türkiyənin 2017-ci ilin ilk rübündə dünyanın ən sürətlə böyüyən 3-ci ölkəsi olduğunu bildirdi.
 
 Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkci Aydının Buharkent rayonu bələdiyyəsində keçirilən 13-ci Təzə Əncir Festivalının açılış mərasimində iştirak etdi.
 
 Mərasimdə çıxış edən nazir Türkiyənin 2016-cı ilin sonunda Avropanın ən sürətlə böyüyən ölkəsi olduğunu vurğulayaraq: "Böyümə və inkişafa davam edəcəyik" dedi.
 
 Türk millətinin tarix boyu heç vaxt "aman" demədiyini bildirən Zeybəkci bu böyük millətin heç vaxt diz çökməyəcəyini və əbədi olaraqvarlığını davam etdirəcəyini söylədi.
 



Әlaqәli Xәbәrlәr