Türkiyə və İraq arasında C-1 yerini Etiket Vizaya verdi

İraq və Türkiyə arasında viza məsələləri sadələşdi.

788196
Türkiyə və İraq arasında C-1 yerini Etiket Vizaya verdi

  İraq-Türkiyə arasında dünya səviyyəsində viza təhlükəsizliyi təmin edilir.

  Elektron olaraq verilən C-1 viza yerini dünya standartlarına uyğun "Etiket Viza"ya verir.

  Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə “Gateway Management” firması tərəfindən maliyyələşdirilən Duhok Viza Müraciət Mərkəzi mərasimlə açıldı.

  Duhok valisi Fərhad Etruşi mərasimdə etdiyi çıxışında açılan viza mərkəzinin Duhok xalqı tərəfindən sevinclə qarşılandığını söyləyib.

  Türkiyənin Erbil üzrə Baş konsulu Mehmet Akif İnam da Bağdad, Duhok, Süleymaniyyə və Ərbil şəhərlərində viza qəbul mərkəzinin xidmətə girməsiylə İraq vətəndaşlarına daha müasir və güvənli viza veriləcəyini bildirib: "Bu mərkəzlər Türkiyə və İraq dövlətləri və xalqlarının təhlükəsizliyi və əmniyyəti baxımından çox əhəmiyyətlidir."

  “Gateway Management” İdarə Heyətinin sədri Xalis Əli Çakmak da C-1 vizalarının aradan qaldırılmasının Türkiyənin sərhəd, sənəd və milli təhlükəsizliyi üçün çox əhəmiyyətli olduğunu vurğulayıb: “Türkiyədə 26 ölkəyə viza müraciətləri üçün xidmət mərkəzi var. Burada biz Avropaya təklif etdiyimiz viza xidmətlərinə xidmət etməyə başlayırıq… İraq xalqına gündə 4 min, ildə isə 800 min Etiket Viza verə biləcəyik.”



Әlaqәli Xәbәrlәr