Türkiyə İran sərhədi boyunca divar çəkməyə başladı

Türkiyə-İran sərhəddi boyunca nəzarətsiz keçişlərin qarşısını almaq məqsədilə təqribən 144 km-lik divarın çəkilmə işlərinə başlanılıb.

786740
Türkiyə İran sərhədi boyunca divar çəkməyə başladı

Türkiyə İran sərhədi boyunca divar çəkməyə başlayıb.

Türkiyə-İran sərhəddi boyunca nəzarətsiz keçişlərin qarşısını almaq məqsədilə təqribən 144 km-lik divarın çəkilmə işlərinə başlanılıb.

Milli Müdafiə Nazirliyi və  Kollektiv Mənzillər İdarəsi (TOKİ – Toplu Konut İdarəsi) arasında imzalanan protokol çərçivəsində TOKi Ağrı və İğdır vilayətləri arasında 5 mərhələdə " təhlükəsizlik divarı" çəkəcək.

Sərhəddən nəzarətsiz şəkildə keçişlərin qarşısını almaq məqsədilə çəkiləcək 144 km yaxın divarın ilk mərhələsi oktyabr ayında başa gələcək.

Arxasında təhlükəsizliq qüvvələrinin keşik çəkməsi üçün "mühafizə yolu" da çəkiləcək divar boyunca yerləşdiriləcək 15 keçid məntəqəsində güllə keçirməyən şüşələr olacaq.



Әlaqәli Xәbәrlәr