"Türkiyə ilə Afrika ölkələri arasında çox qədim illərə əsaslanan əlaqələr var", H.Çavuşoğlu

Baş nazirin müavini Hakan Çavuşoğlu Türkiyə ilə Afrika ölkələri arasında 200-dən artıq əməkdaşlığa dair protokol imzalandığını bildirib.

785160

H.Çavuşoğlu Türkiyə ilə Afrika arasında çox qədim illərə əsaslanan və izləri indi də bəlli olan tarixi əlaqələrin mövcudluğuna toxunaraq deyib ki, hökumətimizin Afrika ölkələrilə əlaqələrdə atdığı yeni addımlarla qarşılıqlı yüksək səviyyəli səfərlər artdı. Başda təlim, texnologiya köçürülməsi, viza rejiminin ləğvi, kibər təhlükəsizliyi, hərbi sahədə əməkdaşlıq kimi müxtəlif sahələrdə Türkiyə ilə Afrika ölkələri arasında sənədlər imzalanıb.

Bursa şəhərinin Gəmlik qəsəbəsində 33 ölkədən gəlmiş Afrika Vəqfi yay məktəbi tələbələri ilə bir araya gələn Çavuşoğlu ali təhsil üçün Türkiyəni seçən tələbələrin keyfiyyətli dünyabaxışı və mübarizə edən ruha sahib olduqlarını bildirib.

Hakan Çavuşoğlu Türkiyənin bexnəlxalq tələbə mövzusunda uzun illərə əsaslanan təcrübəyə sahib olduğunu da dilə gətirib.

Çavuşoğlu Afrikadakı bir ölkədə yaşayan insanın faiciəli vəziyyəti üçün Türkiyənin ən ucqar yerlərindən belə yardım və dəstək göndərildiyini xatırladıb.

Әlaqәli Xәbәrlәr