Yığıncaqda Türkiyəni XİN başçısı Mövlud Çavuşoğlu təmsil edəcək

Filippinin paytaxtı Manila şəhərində keçiriləcək 50-ci Cənub-şərq Asiya Millətlər Təşkilatının (ASEAN) Xarici İşlər Nazirləri yığıncağı 27 ölkənin iştirakı ilə sabah öz işinə başlayır.

783925

Nazir Çavuşoğlu Türkiyənin bölgə ölkələri ilə əlaqələrini inkişaf etdirmək məqsədi ilə yığıncaqda bir sıra görüşlər keçirəcək.

Görüşün məqsədi iqtisadi, sosial və mədəni inkişafı təşviq etmək, həmçinin regional sülh və təhlükəsizliyi artırmaqdır.

Yığıncaqda ASEAN ölkələri ilə yanaşı Avropa İttifaqı, ABŞ, Çin, Rusiya və Cənubi Koreya da daxil olmaqla 27 ölkənin xarici işlər nazirləri və ya nazir müavinləri iştirak edəcək.

Çavuşoğlu ikitərəfli danışıqlarda bu gün Brunei, Şri-Lanka, Kamboca və Filippin xarici işlər nazirləri ilə bir araya gələcək.

Müzakirələrdə Türkiyənin ASEAN-a sektör əsasında etdiyi dialoq müraciəti müzakirə edilib.

Çavuşoğlu həmkarlarına verdiyi məlumatda Laosda Türk səfirliyinin açılacağını və Türkiyənin bütün ASEAN ölkələrində təmsil ediləcəyini söyləyib.

M.Çavuşoğlunun Singapurlu həmkarı ilə görüşündə Qətərə tatbiq edilən embarqo və Suriyadakı vəziyyət müzakirə olunub.

Әlaqәli Xәbәrlәr