Rəcəb Tayyib Ərdoğan:"FETÖ/PDY-nin xəyanətini unutmayacağıq, unutdurmayacağıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin 15 iyuldakı dövlət çevrilişi cəhdi zamanı çevrilişçilərə meydan oxuyan vətəndaşlara minnətdarlığını bildirdi.

770331
Rəcəb Tayyib Ərdoğan:"FETÖ/PDY-nin xəyanətini unutmayacağıq, unutdurmayacağıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişi təşəbbüsünün birinci ildönümü münasibətilə Prezident Sarayında keçirilən tədbirdə çıxış etdi.
 
 Türkiyə prezidenti: "Çanaqqaladan  aldığımız cəsarətlə və özünəinamla Qurtuluş Savaşımızı qələbəyədək gətirdik. 15 iyul bizim yeni Çanaqqalamızdır, Dumlupınarımızdır, Sakaryamızdır. Bu millət 15 iyulda yüksəlişini nümayiş etdirdi " deyə danışdı.
 
 Prezident Ərdoğan çıxışına davam edərək: "Millətimiz bir daha əsla Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) kimi inancını, təhsil və xeyirxahlıq duyğularını istismar edərək, xəyanət zəhərini damarlarına yeritmək istəyən təşkilatlara ölkəsində meydan verməyəcək. FETÖ/PDY-nin xəyanətini unutmayacağıq, unutdurmayacağıq"



Әlaqәli Xәbәrlәr