Hulusi Akar:"Sadiq və vəfalı övladlar vətən torpaqları üçün canlarını verməyə hazırdırlar"

Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hulusi Akar Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY)  15 iyuldakı dövlət çevrilişi cəhdinin birinci ildönümü münasibətilə Prezident Sarayında keçirilən tədbirdə çıxış etdi.

770234
Hulusi Akar:"Sadiq və vəfalı övladlar vətən torpaqları üçün canlarını verməyə hazırdırlar"

Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hulusi Akar Türk Silahlı Qüvvələrinin sadiq və vəfalı övladlarının vətən torpaqları üçün canlarını verməyə hazır olduqlarını bildirdi.
 
 Ordu generalı Akar Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY)  15 iyuldakı dövlət çevrilişi cəhdinin birinci ildönümü münasibətilə Prezident Sarayında keçirilən tədbirdə çıxış etdi.
 
 Çıxışında o gecə çevriliş cəhdinə təhlükəsizlik qüvvələrinin və vətəndaşların birlikdə müqavimət göstərdiklərini ifadə edən Hulusi Akar:"Hərbi  forma geyinmiş əli qanlı cinayətkarlar vətənin müdafiəsi üçün düşmənə qarşı istifadə edilmək üçün nəzərdə tutulmuş silah və sursatları millətimizə qarşı istifadə etdilər. Bu qanlı cəhdə qarşı təhlükəsizlik qüvvələrimiz əziz millətimizlə birlikdə müqavimət göstərdilər" dedi.
 
 



Әlaqәli Xәbәrlәr