PKK-ya ciddi zərbə! Silah anbarı ələ keçirildi

Siirt vilayətinin Pərvari qəsəbəsində yerləşən Yazlıca Herekol dağında keçirilən əməliyyat çərçivəsində 4 terrorçunun meyiti ilə yanaşı xeyli miqdarda silah-sursat ələ keçirilib.

766178

Siirt Valiliyinin yaydığı açıqlamada Siirt 3-cü Komando Komandirliyi, Şırnak Çakırsöyüd Jandarm Komanda Komandirliyi və Vilayət Jandarm Komandirliyinin Yazlıca Herekol dağında iyunun 12-də başlatdığı “Şəhid Piyada Polkovnik (albay) Gökhan Peker-01 Əməliyyatı”nın çəhin ərazi şərtlərində aramsız davam etdiyi bildirilib.

Əməliyyat zamanı 4 terrorçunun məyiti ilə xeyli miqdarda silah-sursat ələ keçirilib, ayrıca əməliyyat çərçivəsində məhkəməyə cəlb olunan 4-ü qadın olmaqla 10 terrorçudan 6-sı tutulub, 4-nün isə məhkəmə prosesi davam edir. Əməliyyatda 14-ü ölü olmaqla cəmi 24 terrorçu zərərsizləşdirilib. Bölgədə genişmiqyaslı əməliyyat davam etdirilir.

Әlaqәli Xәbәrlәr