Mövlud Çavuşoğlu İsveçrәdә ikitәrәfli görüşlәr keçirib

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Crans Montana konfransının Kıbrıs probleminin həlli üçün son şans olduğunu deyib.

762468
Mövlud Çavuşoğlu İsveçrәdә ikitәrәfli görüşlәr keçirib

Xarici İşlər naziri Mövlud Çavuşoğlu  İsveçrənin  Krans Montana qəsəbəsində davam edən Kıbrıs  müzakirələri çərçivəsində ikitərəfli görüşlər keçirib.

XİN rəhbəri ilk olaraq Birləşmiş Millətlər Təşkilatının  Baş Katibi Antonio Quterreş ilə görüşüb.

Çavuşoğlu daha sonra Şimali Kıbrıs Türk Respublikasının prezidenti Mustafa Akıncı ilə bir araya gəlib.

Görüşlərdə danışıqların irəliləməsi üçün atılacaq addımlar müzakirə olunub.

Mövlud Çavuşoğlu ikitərəfli danışıqlardan sonra jurnalistlərə qısa  açıqlama verib.

Konfransda Türkiyə ilə Şimali Kıbrıs Türk Cümhuriyyətinin nümayəndə heyətlərinin səmimi və konstruktiv şəkildə hərəkət etdiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr