Licedə silahlı insident baş verib

Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda hakim Ədalət və İnkişaf Partiyasının yerli rəhbərinin müavini Orxan Mercan yaşadığı evin qarşısında güllələnib.

762542
Licedə silahlı insident baş verib

Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda hakim Ədalət və İnkişaf Partiyasının yerli rəhbərinin müavini Orxan Mercan yaşadığı evin qarşısında güllələnib.

Məlumata görə, xəstəxanaya çatdırılan  Orxan Mercanın həyatını edilən bütün tibbi müdaxilələrə baxmayaraq  xilas etmək mümkün olmayıb.

Hücumun PKK tərəfindən törədildiyi ehtimal olunur.  Terrorçuların tutulması üçün bölgədə əməliyyat aparılır.

Məlumata görə, dörd uşaq atası Orxan Mercan partiyadakı vəzifəsindən ayrılması üçün uzun müddət PKK tərəfindən təhdid edilib.



Әlaqәli Xәbәrlәr