QDİƏT-in növbəti sədrliyini Ukrayna təhvil alacaq

İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının 36-cı iclası işə başlayıb.

761277
QDİƏT-in növbəti sədrliyini Ukrayna təhvil alacaq

İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının 36-cı iclası işə başlayıb.

Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldızın başçılığında keçirilən iclasda  Ukraynanın Xarici İşlər naziri, Azərbaycan, Yunanıstan, Moldova və Albaniyanın xarici işlər nazirlərinin müavinləri iştirak edir. 

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Rəsmi açılışda Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız və QDİƏT-in baş katibi Maykl Kristidesin çıxışları dinlənilib. Çıxışlarda təşkilatın 25 illik fəaliyyətindən və perspektivlərdən bəhs olunub.

Bir gün keçiriləcək iclasda Qara dəniz regionunda bugünkü vəziyyət, terrora qarşı mübarizə, quruma üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsi yolları və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılacaq.

Yığıncağın axırında Təşkilatın növbəti sədrliyini Ukraynanın Xarici İşlər naziri Pavlo Klimkin Türkiyənin Xarici İşlər nazirinin müavini Əhməd Yıldızdan təhvil alacaq.



Әlaqәli Xәbәrlәr