Çavuşoğlu Makedoniyaya səfər edir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Körfəz ölkələrində keçirdiyi görüşlərdən sonra Makedoniyaya gedir.

754714
Çavuşoğlu Makedoniyaya səfər edir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Körfəz ölkələrində keçirdiyi görüşlərdən sonra iyunun əvvəlində yeni hökumətinin  işə başladığı Makedoniyaya gedir.
 
 Çavuşoğlu bu gün paytaxt Skopyedə Makedoniya prezidenti George İvanov tərəfindən qəbul ediləcək, həmkarı Nikola Dimitrovla  bir araya gələcək.
 
 Görüşlərdə ikitərəfli münasibətlər, eyni zamanda, regional və beynəlxalq məsələlərdə əməkdaşlıq imkanları müzakirə olunacaq.

Mövlud Çavuşoğlu səfər zamanı Makedoniyada yaşayan Türklərlə də  görüşəcək, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi - TİKA tərəfindən təşkil olunacaq iftar yeməyinə qatılacaq.



Әlaqәli Xәbәrlәr