“Yeni sistemdə qanunvericilik kağız üzərində deyil”, R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan demokratiyanı gücləndirəcək bütün təkliflərin müzakirə ediləcəyini vurğulayıb.

752924
“Yeni sistemdə qanunvericilik kağız üzərində deyil”, R.T.Ərdoğan

   Türkiyə Böyük Millət Məclisinin keçmiş millət vəkillərilə iftar süfrəsində bir araya gələn Ərdoğan çıxış edərək deyib: “Türkiyə tarixinin ən əhəmiyyətli rəhbərlik islahatı 16 aprel referendumunda xalqın istəyilə qəbul edilən konstitusiya dəyişikliyidir. Bu islahatla qanunvericilik və icra arasındakı xətt aydınlaşdı. Yeni sistemdə qanunvericilik kağız üzərində deyil, həqiqətən Məclisin səlahiyyətinə verildi. Millət vəkillərinin sayı 600-dən yuxarı çıxarılır. Hal-hazırda yeni sistemə hazırlıq işləri gedir: bəzi qanunlar çıxarılır, seçki qanununda köklü dəyişikliklər edilir. Millət vəkilləriylə seçicilər arasındakı əlaqəni gücləndirmək üçün alternativ yollar axtarılır, təkliflər dinlənilir."

  Çıxışında Fətullahci Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyulda törətdiyi qanlı çevriliş cəhdinə də toxunan Ərdoğan bunları söyləyib: “Çevriliş edənlərdən, onların arxasında duran qüvvələrdən bu alçaqlığın hesabatı soruşulur və təqib edilir”.  



Әlaqәli Xәbәrlәr