Türkiyə-Brundi əlaqələrində  yeni dövr başlayır

Türkiyə, Burundinin problemlərinin həlli və ölkənin inkişafı üçün lazımlı addımları atmaqda davam edəcək.

752215
Türkiyə-Brundi əlaqələrində  yeni dövr başlayır

Burundi Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq naziri Alain Aime Nyamitwe, Türkiyəyə səfəri çərçivəsində ötən gün xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb. Görüş zamanı, Türkiyə ilə Burundi arasında diplomatik pasport sahiblərinə qarşılıqlı olaraq viza rejimi tətbiq edilməməsi, kənd təsərrüfatı və yeraltı zənginliklərinin istifadəsi kimi sahələrdə əməkdaşlıq edilməsini nəzərdə tutan razılaşmalar imzalanıb.

Mevlüt Çavuşoğlu, görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında, Türkiyənin hər platformada Afrikanı dəstəkləməkdə və Burundi ilə də əlaqələrini hər sahədə inkişaf etdirməkdə lazımlı addımları atacağını bildirib. Türkiyənin Afrika ölkələri ilə əlaqələri irəli pillələrə qaldırdığını və qitədəki səfirlik sayını daha da artırmağı plaşlaşdırdığını qeyd edib. Türk Hava Yollarının Afrika qitəsi ölkələrində 51 şəhərə uçuş başlatdığını bunu artırmaq üçün yeni layihələr hazırlandığını, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin qitədəki nümayəndəlik sayının isə 16-a çatdığını və regional ofislərin də açılacağını vurğulayıb.

Somalinin sabitliyinin Afrika və Şərqi Afrikanın sabitliyi baxımından əhəmiyyətli olduğunu ifadə edən Xarici işlər naziri Çovuşoğlu: “Somalinin təhlükəsizliyi uğrunda Brundi ilə əməkdaşlıq edirik. Bu ölkəyə xeyli sayda Brundi hərbçisi cəlb olunub. İndi isə hərbi baza açırıq. Somali əsgərləri və təhlükəsizlik qüvvələrini təlimdən keçirəcəyik. Kimin dost olduğu pis günlərdə bəlli olar. Brundi 15 İyul çevriliş cəhdinin ilk dəqiqələrindən bəri Türkiyənin müstəqil və demokratik təşkilatlarına dəstək verdi. Bu ölkədəki Fətullahçı Terror Təşkilatı (fəto) məktəbi və təşkilatlarının bağlanılması və Maarif Vəqfinə təhvil verilməsi mövzusu ilə əlaqəli danışıqlarımız isə davam edir. Fətonun nə qədər təhlükəli bir terror təşkilatı olduğunu dəlillərlə onlara şərh etdik”.

Burundi xarici işlər naziri də, ölkəsində Fəto-nun fəaliyyətinə icazə vermiyəcəklərini, feto ilə əlaqədar bütün təşkilatların fəaliyyətinin qadağan edildiyini, bunların Maarif Vəqfinə təhvil veriləcəyini qeyd edib.

 

 



Әlaqәli Xәbәrlәr