Mövlud Çavuşoğlu bu gün Qətərə gedir

Türkiyə Qətərə tətəbiq olunan sanksiyaların ləğv olunması üçün növbəti əhəmiyyətli addımı atır.

752099
Mövlud Çavuşoğlu bu gün Qətərə gedir

Türkiyə Qətərə tətəbiq olunan sanksiyaların ləğv olunması üçün növbəti əhəmiyyətli addımı atır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Qətərə gedir.
 
Mövlud Çavuşoğlu Burundi xarici əlaqələr və beynəlxalq əməkdaşlıq naziri Alain Aime Nyamitwe ilə Rəsmi İqamətgahda keçirdiyi birgə mətbuat konfransında bəzi Ərəb ölkələrinin Qətərə qarşı sanksiyaları nəticəsində ortaya çıxan böhrandan danışdı və bunun həllinə kömək etmək  üçün diplomatik fəaliyyətlərin başladığını bildirdi.
 
Çavuşoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həm İslam dünyasının, həm də müxtəlif ölkələrin bir çox lideri, kralı, əmiri, prezidenti və baş naziri ilə telefon danışıqları apardığını söylədi, baş nazir Binəli Yıldırımın da keçirdiyi görüşlərdə bu məsələni dəyərləndirdiyini qeyd etdi.
 
 Türkiyənin xarici işlər naziri özünün də beynəlxalq təşkilatların nümayəndələri, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterres və bir çox ölkənin xarici işlər naziri ilə fikir mübadiləsi apardığını ifadə etdi və: "Qətərə və Səudiyyə Ərəbistanına səfər edəcəyəm. Təbii ki, burada Səudiyyə Ərəbistanının fikir və təklifləri də nəzərə alınacaq. Biz edə biləcəyimiz köməyi dəyərləndirəcəyik. Bu görüşlərin faydalı olacağını düşünürük" deyə danışdı.



Әlaqәli Xәbәrlәr