Türkiyənin Jandarm Komandanlığının yaranmasından 178 il ötür

İyunun 14-ü Türkiyənin Jandarm Komandanlığının yaranmasının 178-ci ildönümü kimi qeyd olunur.

751914
Türkiyənin Jandarm Komandanlığının yaranmasından 178 il ötür
erdoğan jandarma ziyaret.jpg

İyunun 14-ü Türkiyənin Jandarm Komandanlığının yaranmasının 178-ci ildönümü kimi qeyd olunur.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Jandarm Komandanlığının yaranmasının ildönümü münasibəti ilə Jandarm Qüvvələrinin Baş komandanı Yaşar Gülərə məktub göndərərək təbrik edib.

Ərdoğan təbrik məktubunda Jandarm Komandanlığının mülki, idari və hərbi vəzifələrini yüksək vəzifə şüuru ilə yerinə yetirdiyini, ictimai nizamın qorunmasında fəal rol götürdüyünü vurğulayıb.

Jandarm Qüvvələri Komandanlığının millətin birlik və bütünlüyü üçün, ölkənin hər tərəfində fədakar şəkildə xidmət göstərdiyini ifadə edən Ərdoğan bildirib ki, Jandarm Qüvvələrimiz ölkəmizin əmin-amanlığı, asayişin təmin edilməsi və xalqımızın dincliyi üçün xalqımızla birlikdə vəzifəsini yerinə yetirir.



Әlaqәli Xәbәrlәr