Suriyalı qaçqın uşaqlara "Ümid Layihəsi"

Amerika Birləşmiş Ştatlarının paytaxtı Washingtonda suriyalı qaçqın uşaqlarla bağlı "Ümid Layihəsi" təqdim olundu.

747187
Suriyalı qaçqın uşaqlara "Ümid Layihəsi"

Amerika Birləşmiş Ştatlarının paytaxtı Washingtonda suriyalı qaçqın uşaqlarla bağlı "Ümid Layihəsi" təqdim olundu.
 
 İstanbulun Bahçeşehir  Universiteti ilə New York Universitetinin birgə hazırladığı layihənin məqsədi uşaqlara kompüter oyunu oynayaraq Türk dilində kodlaşdırma və intellektual bacarıqlar qazandırmaqdır.
 
 Türkiyə müharibədən qaçaraq yeni bir həyat qurmaq istəyən 3 milyondan çox qaçqına ev sahibliyi edir.
 
Məktəbli yaşlarında olan qaçqın uşaqlardan yalnız  20 faizi təhsil ala bilirlər.
 
 Məhz bu vəziyyəti dəyişmək istəyən Bahçeşehir  və New York  Universitetləri professor  Səlcuq Şirinin rəhbərliyi altında hazırlanan layihə ilə uşaqlara onların dilində xitab edir.
 
 Rəqəmsal oyunlarla təhsil verən layihə, eyni zamanda, müharibənin acı üzü ilə çox erkən yaşlarda tanış olan uşaqlarda ümid hissini  yaradır.
 
 Layihə 44 faizində depressiya əlamətləri müəyyən olunan qaçqın uşaqları özlərinə yaxşı bir gələcək qurmaları istiqamətində həvəsləndirir.
 
 Hazırda yalnız Şanlıurfada həyata keçirilən layihənin daha çox şəhərə yayılması məqsədi güdülür.



Әlaqәli Xәbәrlәr