Şəhid səfir Taha Carımın xatirəsi Vatikanda yad edildi

Türkiyənin Vatikan səfiri vəzifəsində işlədiyi zaman erməni  terror təşkilatı tərəfindən şəhid edilən səfir Taha Carımın xatirəsi ölümünün 40-ci ildönümündə Vatikana aid Cancelleria Sarayında təşkil olunan mərasimdə yad edildi.

747144
Şəhid səfir Taha Carımın xatirəsi Vatikanda yad edildi

Türkiyənin Vatikan səfiri vəzifəsində işlədiyi zaman erməni  terror təşkilatı tərəfindən şəhid edilən Səfir Taha Carımın xatirəsi ölümünün 40-ci ildönümündə Vatikana aid Cancelleria Sarayında təşkil olunan mərasimdə yad edildi.
 
Yadetmə mərasiminə Türkiyənin Vatikan səfiri professor Mehmet Paçacı ev sahibliyi etdi. Mərasimdə Türkiyənin Roma səfiri Murad Səlim Esenli və Türkiyənin Köln Baş Konsulluğu Din Xidmətləri Ataşeliğində işləyən din xadimi Əmrə Şimşək də iştirak etdilər.
 
Səfir Mehmed Paçacı çıxış edərək şəhid səfir Carımın tərcümeyi-halını oxudu, bütün terror aktlarının sərt şəkildə qınanmasına çağırdı.
 
Paçacı Vatikan rəsmilərinə mərasimə qatıldıqları və Cancelleria Sarayında yadetmə mərasimi keçirməyə imkanı yaratdıqları üçün təşəkkür etdi.
 
 Çıxışlardan sonra Əmrə Şimşək səfir Taha Carımın ruhuna Qurani Kərim oxudu.
 
  Xatırladaq ki, səfir Taha Carım Vatikanın Roma şəhər mərkəzindəki Cancelleria Sarayında  9 İyun 1977-ci ildə  erməni terror təşkilatının üzvləri tərəfindən avtomatik silahlardan atəş açılaraq şəhid edilmişdi.



Әlaqәli Xәbәrlәr