ABŞ-ın keçmiş Suriya səfiri Türkiyə qəzetinə müsahibə verdi

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayan zaman Amerika Birləşmiş Ştatlarının Dəməşq səfiri olan Robert Ford prezident Donald Trumpın separatçı terror təşkilatı PKK-nın Suriya qolu YPG-yə silah vermək qərarının səhv olduğunu bildirdi.

746107

 Bir Türkiyə qəzetinin suallarını cavablandıran Robert Ford: "Yaxın perspektivdə yaxşı ola bilər, amma orta və uzun perspektivdə çox pis nəticələr yaşana bilər. YPG çox hirslidir, bu sünni radikal hərəkatlara dəstəyi artıra bilər. Rakkanı DEAŞ-dan ala bilərik, lakin qarşımıza Əl-Qaidənin yeni versiyası çıxa bilər" dedi.
 
 ABŞ-ın terror təşkilatı YPG-yə silah verməsinin əhəmiyyətli  müttəfiqi olan Türkiyə ilə problemlər yaratdığını vurğulayan Ford: "Türk hökumətinin separatçı təşkilat PKK-nın bəzi terror hücumlarının Rojavadan təşkil etdiyini ortaya qoyan hesabatlarını oxudum. Bunlar çox ciddi ittihamlardır, amma ABŞ hökumətinin bunlara cavab verdiyini görmədim. Türkiyə ciddi bir cavabı haqq edir. Bundan başqa hər kəs bunu bilir ki, bu günün YPG terrorçusu sabah PKK-çı olacaqdır. Prezident Rəcəb Tayyib Ərdoğan terror mövzusu ilə bağlı narahatlıqlarında çox haqlıdır" şəklində şərh verdi.

Amerikan rəhbərliyinin Türkiyənin PKK məsələsində nə qədər narahat olduğunu anlamadığını ifadə edən Ford: "Belə davam edərsə  Ankara  gələcəkdə ABŞ-la əməkdaşlığını nəzərdən keçirəcəkdir. Bunu etmək məcburiyyətindədirlər, çünki Ankaranın işi Türkiyənin milli təhlükəsizliyini təmin etməkdir" dedi.
 
Әlaqәli Xәbәrlәr