Türkiyənin NATO Parlament Assambleyasındakı üzv sayı 18 oldu

NATO Parlament Assambleyasında Türkiyənin üzv sayı 12-dən 18-ə çıxarıldı.

740287
Türkiyənin NATO Parlament Assambleyasındakı üzv sayı 18 oldu

NATO Parlament Assambleyasında Türkiyənin üzv sayı 12-dən 18-ə çıxarıldı.
 
 NATO Parlament Assambleyasında Türkiyə Nümayəndə Heyətinin başçısı, Ədalət və İnkişaf  Partiyasının Rizə üzrə millət vəkili Osman Aşkın Bakın Türkiyə əhalisinin sayına görə NATO PA-da az üzvlə təmsil edildiyi səbəbindən üzv sayının artırılması barəsindəki tələbi Tiflisdə keçirilən NATO PA-nın Daimi Komissiyasının iclasında müzakirə olundu.
 
 Türkiyənin NATO PA-da daha güclü bir şəkildə təmsil edilməsinə üzv ölkələrin də dəstək verməsi ilə, səsvermə nəticəsindəTürkiyənin NATO PA-dakı üzv sayı 12-dən 18-ə çıxarıldı.
 
 NATO PA-da Türkiyədən başqa Fransa, Almaniya, İngiltərə və İtaliya 18 üzvlə təmsil olunurlar.



Әlaqәli Xәbәrlәr