F.Işıkla C.Mattis PKK/PYD vә DEAŞ-a qarşı mübarizә mәsәlәsini müzakirә etdilәr

Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğanı ABŞ-a sәfәri zamanı müşayiәt edәn Milli Müdafiә naziri Fikri Işık amerikalı hәmkarı Cayms Mattislә Suriyada terror tәşkilatı PKK/PYD  vә DEAŞ-la mübarizә mәsәlәlәrini  müzakirә edib.

733901

Bu barәdә ABŞ Müdafiә Nazirliyi (Pentaqon) mәlumat verib. Mәlumatda F. Işıkla C.Mattis arasında baş tutan görüşün R.T.Әrdoğan vә  D.Tramp görüşündәn dәrhal sonra Ağ Evdә keçirildiyi bildirilib.

Pentaqon sözçüsü Dana Vayt tәrәfindәn verilәn yazılı açıqlamada deyilir: "Nazirlər Türkiyədə dinç sakinlәr  ilә Türk əsgərlərinə hücum təşkil edən və ABŞ tərəfindən də  ‘‘xarici terror təşkilatı’’ kimi hesab edilәn  PKK-ya qarşı olan qayğılar mәsәlәsindә razılıq әldә ediblәr’’

D.Vayt Cayms Mattisin Türkiyәnin PKK-ya qarşı apardığı mübarizәsini dәstәklәdiyini vә PKK ilә mübarizә mәsәlәsindә  Türkiyә ilә әmәkdaşlığı artırmağı planlaşdırdıqlarını bildirib.

Nazirlәrin Suriyadakı böhranı da  müzakirә etdiklәrini bildirәn D.Vayt  iki ölkәnin  Suriyadakı humanitar  böhranın  vә zorakılığın azalması üçün әmәkdaşlıq etmәyә davam edәcәklәrini qeyd etdiklәrini bildirib.

Әlaqәli Xәbәrlәr