Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyəti ABŞ-da Gülənin ekstradisiyasına dair görüş keçirib

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ ilə birlikdə  Amerika Birləşmiş Ştatlarına gedən Ədliyyə Nazirliyinin nümayəndə heyətinin ABŞ tərəfi ilə Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin ekstradisiyası məsələsinə dair görüşü olub.

729852

Ədliyyə Nazirliyi Beynəlxalq Hüquq və Xarici Əlaqələr üzrə baş direktorunun müavini Faris Karakın rəhbərlik etdiyi nümayəndə heyətinin  ABŞ Ədliyyə Nazirliyinin rəsmiləri ilə keçirdiyi  görüş  təxminən 6  saat davam edib.

Görüşdə FETÖ istintaqını aparan Ankara Respublika Baş Prokurorluğunun 3 prokuroru da  iştirak edib. 

Qeyd edәk ki, әdliyyə naziri Bәkir  Bozdağ amerikalı hәmkarı Cef Serrios ilә keçirdiyi görüşdә FETÖ başçısı Fәtullah  Gülənin ekstradisiya edilməsi mәsәlәsini müzakirә etmişdi.   Görüşdə iki ölkə nümayəndə heyətləri arasında texniki görüşlərin keçirilməsi qərara alınmışdı.

Әlaqәli Xәbәrlәr