Prezident Ərdoğan  ABŞ-a  səfərə gedir

Prezident Rəcəb Tayyyip Ərdoğan 16 Mayda, ABŞ-na səfərə gedəcək.

730089
Prezident Ərdoğan  ABŞ-a  səfərə gedir

Ağ Evin sözçüsü Sean Spicerin məlumatına görə, prezident Ərdoğan ABŞ-a səfəri çərçivəsində prezident Trump tərəfindən qarşılanacaq.

İki lider arasında baş tutacaq görüşdə, ikitərəfli əlaqələrin irəli pillələrə qaldırılması və terrorun hər növünə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi kimi mövzular müzakirə ediləcək.

Qeyd edək ki, Prezident Ərdoğan, 20 Apreldə mətbuat mənsublarına verdiyi açıqlamada, Çin-ə edəcəyi səfərdən dərhal sonra ABŞ-a gedəcəyini və 16-17 May tarixlərində Trump ilə bir araya gələcəyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr