Çavuşoğlu:"Avropa qitəsində vəhdət və həmrəylik mühiti yenidən bərqərar olmalıdır"

Türkiyənin xarici işlər naziri Mövlud  Çavuşoğlu Türkiyənin Avropa İttifaqına üzv olmaq  üçün səy göstərdiyini bildirdi.

729057
Çavuşoğlu:"Avropa qitəsində vəhdət və həmrəylik mühiti yenidən bərqərar olmalıdır"

 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 9 May Avropa Günündə Avropa İttifaqının əsasını qoyan  Schuman Bəyannaməsindən 67 il keçdiyini xatırlatdı.
 
 Bütün qitəyə təsir edən müharibələrdən sonra insan haqları, qanunun aliliyi, demokratiya, bərabərlik, ədalət kimi fundamental dəyərlər üzərində dil, din, irq fərqi qoymadan tolerantlıq mədəniyyəti ilə birləşən Avropa ölkələrinin sülh və rifah içərisində irəlilədiyini qeyd edən Çavuşoğlu: "Avropanın coğrafi və tarixi hissəsi olan Türkiyə  Avropa ilə birlikdə bu bəşəri dəyərləri mənimsəmiş, Avropanın təhlükəsizliyinə, sabitliyinə və rifahına töhfə vermişdir"dedi.
 
 Xarici işlər naziri Türkiyənin institusional olaraq da Avropanın daxilində olduğunu bildirdi: "Lakin təəssüf ki, son illərdə Aİ-nin  qurucularının əməllərinin əksinə olaraq, müdafiəçisi olduğu ideallardan və əsas dəyərlərdən uzaqlaşmağa başladığı müşahidə olunur. Diskriminasiya, ksenofobiya və islamofobiya kimi ifrat cərəyanlar birlikdə yaşama mədəniyyətinin aşınmasına və onun beynəlxalq səviyyədə təsirinin və etibarlılığının azalmasına səbəb olur. Bu vəziyyət Aİ ilə ortaq dəyərləri bölüşən geniş Avropa məkanında da kədərlə və narahatlıqla qarşılanır. Bu narahatlıqların qarşısını alınması, Aİ-nin populizmdən uzaq duraraq,  birləşdirici mövqeyə qayıtması mümkündür. Arzumuz budur ki,Avropa İttifaqı üzərinə inşa edildiyi dəyərlərə yenidən sahib çıxaraq, üzləşdiyi mövcud sınaqların öhdəsindən gəlsin. Avropa Aİ-dən böyükdür və geniş Avropa qitəsinin ehtiyacı olduğu  vəhdət və həmrəylik mühiti yenidən bərqərar olmalıdır. Türkiyə bu yolda töhfə verməyə hazırdır" ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr