Ədliyyə naziri Bəkir Bozdağ ABŞ-da səfərdədir

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Fətullahçı Terror Təşkilatının (FETÖ) quldurbaşı Fətullah Gülənin qaytarılmasına dair görüşlər keçirmək məqsədi ilə adı çəkilən ölkəyə səfər edib.

727475
Ədliyyə naziri Bəkir Bozdağ ABŞ-da səfərdədir

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ABŞ-na səfərindən əvvəl Fətullahçı Terror Təşkilatının (FETÖ) quldurbaşı Fətullah Gülənin qaytarılmasına dair görüşlər keçirmək məqsədi ilə adı çəkilən ölkəyə səfər edib.

Nazir Bozdağ ABŞ-ın ədliyyə naziri Jeff Sessions ilə Washungtonda FETÖ-nün quldurbaşının Türkiyəyə qaytarılması ilə əlaqəli görüş keçirəcək. Görüşdə quldarbaşının qaytarılmasına dair ABŞ-na göndərilən dörd ayrı qovluq haqqında məlumat veriləcək, 15 iyul çevriliş cəhdinin arxasında Fətullah Gülənin olduğuna dair dəlillər də təqdim ediləcək.

Bəkir Bozdağın həmkarına Türkiyə ilə ABŞ arasındakı günahkarların təhvil verilməsinə dair sazişi xatırladaraq, quldurbaşı Gülənin müvəqqəti saxlanılmasının vacib olduğunu dilə gətirəcəyi bildirilib.

Nazir Bozdağ Türkiyə tərəfindən göndərilən müvəqqəti saxlanılma və quldurbaşının qaytarılmasına dair dəlillərə uyğun əsasların yerinə yetirilməsi üçün onların məhkəmələrə göndərilməsini də görüşdə gündəmə gətirəcək.

Ədliyyə naziri Bəkir Bozdağ görüşlərini başa vuraraq sabah vətənə qayıdacaq.



Әlaqәli Xәbәrlәr