Türkiyə DEAŞ-a nəfəs aldırmır

Türkiyədə İnsanların ən xoşbəxt günlərini qana bulayan, qoca və uşaqları hədəf almaqdan çəkinməyən DEAŞ-a qarşı əməliyyatlar qətiyyətlə davam edir.

724374
Türkiyə  DEAŞ-a nəfəs aldırmır

 Türkiyədə İnsanların ən xoşbəxt günlərini qana bulayan, qoca və uşaqları hədəf almaqdan çəkinməyən DEAŞ-a qarşı əməliyyatlar qətiyyətlə davam edir.
 
 Polis, jandarm və sərhəd qoşunlarının aprel ayında keçirdiyi əməliyyatlarda çox sayda DEAŞ üzvü həbs olunub, təşkilata aid proqramlar, silah - sursat ələ keçirilib.
 
 Keçən sübh vaxtı paralel həyata keçirilən əməliyyatlarla aralarında çox sayda əcnəbinin də olduğu 402 nəfər saxlanıldı. Əməliyyatlarda nəzarətə alınaraq ədliyyəyə sövq edilən 88 təşkilat üzvü isə həbs olundu.
 

 Sərhəd təhlükəsizliyini təmin etmək, terror təşkilatı DEAŞ-ın təhdid və hücumlarının qarşısını almaq, yurdlarından-yuvalarından didərgin düşənlərin vətənlərinə dönməsinə kömək etmək və mülki vərtəndaşları qorumaq, yaşanan terror hadisələrinin qarşısını almaq məqsədilə Suriyanın şimalında həyata keçirilən əməliyyatda Türkiyə Silahlı Qüvvələri tərəfindən dəstəklənən Azad Suriya Ordusunun intensiv və qətiyyətli mübarizəsi sayəsində Azaz-Cerablus arasındakı 243 yaşayış məntəqəsi və 2015 kvadrat-kilometrlik sahə nəzarət alıtına alındı.

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr