Rəsmi Ankaradan AŞPA-nın qərarına sərt reaksiya

Avropa Şurası Parlament Assambleyasının (AŞPA)-nın Strasburqda keçirilən yaz sessiyasının bugünkü plenar iclasında,Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsi müzakirə olunaraq, Türkiyənin monitorinq altına alınmasına qərar verib.

720238
Rəsmi Ankaradan AŞPA-nın qərarına sərt reaksiya

Xarici İşlər Nazirliyindən mövzu ilə əlaqəli verilən açıqlamada: “AŞPA-nın qəbul etdiyi qərar siyasidir və bunu qınayırıq. Qərarda, Türkiyənin Fetullahci Terror Təşkilatının 15 İyul çevriliş cəhdindən sonra Avropa Şurası ilə edilən əməkdaşlıq da gözdən yayındırılmışdır. Qərar siyasidir. Feto kimi terror təşkilatlarına dəstək mahiyyətindədir və Avropa İttifaqının bəsirətsizliyinin göstəricisidir. Türkiyə AŞPA-da bu qərarı qəbul edən millət vəkillərini məntiqə dəvət edir. Onlardan primitiv rəftar mənimsəyərək dünyanın ortaq bəlası olan terror təhdidinə qarşı mübarizədə ortaq addımlar atmalarını, artan xarici düşmənliyi, irqçilik və İslamofobiya kimi problemlərə qarşı ciddi mübarizə etmələrini, mühacirət və köç ilə əlaqəli mövzularda insan haqqlarının qorunacağı ciddi rəftar sərgiləmələrini istəyir. AŞPA-nın bu haqsız, siyasi və bitərəf olmayan qərarına baxmayaraq, Türkiyə, demokratik normlara, insan hüquqlarına və bu sahədəki beynəlxalq öhdəliklərinə sədaqətdən güzəştə getməyərək, vətəndaşlarının hüquq və azadlıqlarını inkişaf etdirmək üçün əlindən gələn səyi etməkdə davam edəcək” deyə vurğulanıb.

Prezidentin baş məsləhətçisi Bülent Gedikli də AŞPA-nın qərarına sərt reaksiya verib.

Bülent Gedikli mövzu ilə bağlı açıqlamasında: “Bu siyasi qərardır. Əsasında monitoriq altına alınması lazım gələnlər və buna ehtiyac duyanlar Avropa İttifaqına üzv ölkələrdir.

Qeyd edək ki, Türkiyədəki son Konstitusiya referendumundan sonra ölkə üzrə məruzəçilərin hazırladıqları hesabatda Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olunmuşdu. Gərgin müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə dəyişikliklər təklif etsələr də, bu təkliflərin heç biri qəbul edilməyib və Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanılıb. Sonda qətnamə layihəsi tam şəkildə səsə qoyularaq qəbul edilib. Qərarın lehinə 113, əleyhinə 45 parlamentar səs verib.

Digər tərəfdən AŞPA Türk nümayəndə heyətinin rəhbəri və AKP üzvü millət vəkili Talib Küçükcanın qələmə verdiyi etiraz məktubunda, hesabat və qərar layihəsinin səhvlərlə dolu olduğu, Türkiyəyə qarşı ayrı-seçkilik yanaşmanın sərgiləndiyi və layihənin qəbulu halında, AŞPA-nın Türk ictimaiyyəti yanında etibarını itirəcəyi vurğulanıb. AŞPA-nın, Türkiyənin terrora qarşı etdiyi mübarizəyə dəstək verməsinin lazım gəldiyi ifadə edilən məktubda, Türkiyənin Fetullahci Terror Təşkilatı, PKK və DEAŞ başda olmaqla bir çox terror təşkilatına qarşı mübarizə etdiyi, bir çox tətbiqin isə bu təhdidlər ilə uygunlaşmadığı qeyd edilib.



Әlaqәli Xәbәrlәr