Türkiyənin ən böyük desant gəmisi
İstehsalı tamamlanan Türkiyənin ən böyük desant gəmisi TCG “Bayraktar” Dəniz Qüvvələri Komandanlığına təslim edilib.

Mərasimdə iştirak və çıxış edən Milli Müdafiə naziri Fikri İşık deyib:
"Türkiyə Dəniz Qüvvələri Komandanlığı yeni təhvil verilən “Bayraktar” və oktyabr ayında alacağımız “Sancaktar” gəmiləri ilə bu coğrafiyada ən müasir tipli desant gəmilərinə sahib olur.
“Bayraktar” desant gəmisi müasir və inkişaf etmiş müharibə elektron və məntiqi idarəetmə imkanlarıyla hərəkət edir. Üzərinə 15 tonluq vertolyotun enə biləcəyi göyərtəsi var. Nüvə və kimyəvi hücumlara qarşı personal qoruma sisteminə malikdir. Bu gəmi həm də təbii fəlakət hadisələri zamanı yardım vəzifələsini icra edəcək.
Fəxr ediləsi haldır ki, Türkiyənin ən böyük desant gəmisi olan “Bayraktar”ın 70 faizi türkiyəli mühəndislər tərəfindən hazırlanıb.
Türkiyə Dəniz Qüvvələri artıq daha güclüdür”.
Әlaqәli Xәbәrlәr

Rəcəb Tayyib Ərdoğan Məşvərət Şurasının iclasına sədrlik edib
Türkiyə prezidenti Məşvərət Şurasının iclasında əhəmiyyətli bəyanatlar verib.

Mövlud Çavuşoğlu rumıniyalı hәmkarı ilә görüşüb
Bu barәdә Mövlud Çavuşoğlu rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.