Rusiyanın gördüyü tədbirlərə son qoyulması müzakirə edildi

Baş nazirin müavini Mehmet Şimşek başçılığındakı nümayəndə heyəti Rusiya tərəfindən tətbiq olunan iqtisadi tədbirlərə son qoyulması məsələsini rus səlahiyyətlilərlə müzakirə etmişdir.

715932

İqtisadiyyat naziri Nihat Zeybekçinin də aralarında olduğu nümayəndə heyəti Rusiya baş nazirinin köməkçisi Arkady Dvorkovich və müşayiətindəki heyətlə birlikdə tətbiq olunan iqtisadi tədbirlərə son qoyulmasını müzakirə etmək üçün aprelin 18-də paytaxt Moskvada yığıncaq keçirib.

Şimşek toplantıdan sonra özünün“Twitter” səhifəsində Rusiya səfərini dəyərləndirərək yazıb ki,  Moskvada səmərəli görüş keçirildi. Bütün problemləri müzakirə etdik. Mayın əvvəlində yenidən bir araya  gələrək, sürətlə həll yolları ortaya qoyulacaqdır.

İqtisadiyyat naziri Nihat Zeybekçi də “Twitter” səhifəsində bunları yazıb: Rusiya ilə ticarət əlaqələrimizin gerçək potensialına qovuşması üçün Moskovadayıq. Rusiya ilə ikitərəfli əlaqələri inkişaf etdirmək üzrə heyətlər bir araya gəldi. Gələcək həftə Russyadan texniki heyət Türkiyədə olacak. Rusiya baş nazirin müavini Arkady Dvorkovich də mayın 6-7-də Türkiyəyə gələcək.

Qeyd edək ki, Mehmet Şimşek BVF-Dünya Bankının yığıncaqlarında iştirak etmək üçün ABŞ-na gedib.

Әlaqәli Xәbәrlәr