Müdafiə naziri Fikri Işık, ABŞ-a səfərə gedir

Nazir Fikri Işıkın Vaşinqtona səfəri çərçivəsində ABŞ müdafiə naziri James Mattis ilə görüşü nəzərdə tutulub. O, həmkarından başla bir çox rəsmi ilə də bir araya gələcək.

711599
Müdafiə naziri Fikri Işık, ABŞ-a səfərə gedir

Qeyd edək ki, Donald Trump dövründə ABŞ-ın Yaxın Şərq və xüsusilə Suriya siyasətində dəyişiklik olacağı təxmin edilirdi ki, elə də oldu. Ötən həftə ABŞ-ın Suriyadakı bir aviabazaya təşkil etdiyi əməliyyatdan sonra bütün diqqətlər Vaşinqtona çevrildi. Müdafiə naziri Fikri Işıkın da belə bir dövrdə ABŞ-a səfəri əhəmiyyət kəsb edir. Nazirin Vaşinqtona səfəri çərçivəsində Amerikalı həmkarı ilə keçirəcəyi görüşdə, Suriyanın Rəqqa və Münbiç böləgələri ilə əlaqəli mövzu müzakirə ediləcək. Nazir Suriyada 6 ildən bəri davam edən vətəndaş müharibəsinin sona çatdırılması və bölgənin terror təşkilatlarından təmizlənməsi mövzusunda Türkiyənin fikirlərini səsləndirəcək.



Әlaqәli Xәbәrlәr