"Suriya rejiminin hələ də kimyəvi silah istifadə etmə gücü var",M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya rejiminin hələ də kimyəvi silah istifadə etmə gücü olduğu barədə xəbərdarlıq edib.

710054
"Suriya rejiminin hələ də kimyəvi silah istifadə etmə gücü var",M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya rejiminin hələ də kimyəvi silah istifadə etmə gücü olduğu barədə xəbərdarlıq edib.

Çavuşoğlu bunu G-7 zirvəsi üçün İtaliyada jurnalistlərə açıqlamasında söyləyib.

Suriyanın mövcud rəhbərliklə yoluna davam edə bilməyəcəyini vurğulayan nazir Çavuşoğlu bildirib ki, rejim yalnız kimyəvi silahlarla deyil, tank və digər klassik silahlarla da müxalifəti vurmağa və günahsız insanları öldürməyə davam etməməlidir. Atəşkəs qərarından bəridir rejim qüvvələri tez-tez atəşkəsi pozur.

ABŞ dövlət katibi Rex Tillersonun, G-7 toplantısından sonra Rusiyanın paytaxtı Moskvanı ziyarət edəcəyini xatırladan Çavuşoğlu deyib ki, G-7 konfransında Moskova ilə danışılması vacib olanları müzakirə etdik.

Xarici işlər naziri onu da vurğulayıb ki, artıq bu rejimlə Suriyanın davam edə bilməyəcəyi aydındır. Keçid hökumətini yaxın zamanda həyata keçirmək lazımdır. Terror təşkilatları ilə mübarizə davam etdiriləcəkdir. Baş verə biləcək riskləri də gündəmə gətirdik. İdlibə hücum ola bilər, buna da hazır olmağımızın vacibliyini vurğuladıq. Əlimizdəki məlumatlara görə rejimin hələ kimyəvi silah istifadə etmə gücü var. Artıq Əsədsiz bir Suriya üçün Rusiyanın da razı olmasının vacibliyini dilə gətirdik. Biz ən yaxşı həllin siyasi həll yolu olduğunu ifadə etdik.



Әlaqәli Xәbәrlәr