‘‘Milli Təhlükəsizlik Şürasının toplantısında fövqəladə vəziyyət rejimi müzakirә edilmәdi''
Bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

"Fərat qalxanı" əməliyyatının başa çatdığını bildirən Türkiyənin baş naziri Binəli Yıldırım gələcəkdə ölkənin təhlükəsizliyinə təhdid olduğu təqdirdə yeni əməliyyatın keçirilməsinin mümkünlüyünü vurğulayıb.
Bu barədə B.Yıldırım özəl telekanalına müsahibəsində deyib.
B.Yıldırım: “İki min kvadratmetrdən çox ərazi terrorçulardan azad edilib. Hazırda oraya Suriyalılar yerləşdirilib. "Fərat qalxanı" əməliyyatı başa çatıb. Lakin gələcəkdə təhdidlər baş versə yeni əməliyyata başlanıla bilər”, deyə vurğulayıb.
Baş nazir Binəli Yıldırım Rakka əməliyyatı ilə bağlı olaraq Amerika Birləşmiş Ştatlarının bir terror təşkilatı ilə əməkdaşlıq etməsinin etik olmadığını və bunun ABŞ-a yaraşmadığını deyib.
Kərkükdəki bayraq gərginliyi məsələsinə də toxunan baş nazir: ‘‘Şimali İraq Regional Rəhbərliyi bura mənim rəhbərliyim altındadır deyir. Bu İraq konstitusiyasına ziddir’’ deyib.
Binəli Yıldırım fövqəladə vəziyyət rejiminin müddətilə bağlı bildirib ki: ‘‘Fövqəladə vəziyyət rejimi gündəmdə olmadığı üçun Milli Təhlükəsizlik Şürasının toplantısında müzakirə edilmədi. Aprelin 19-dan əvvəl bir qərar qəbul edilər’’ deyib.
Әlaqәli Xәbәrlәr

Türkiyə və Yunanıstan arasında tədqiqat məqsədli danışıqlar keçirilib
Türkiyə və Yunanıstan arasında tədqiqat məqsədli danışıqların 61-ci mərhələsi baş tutub.