Milli Tәhlükәsizlik Şurasının toplantısı keçirilib

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilәn Milli Tәhlükәsizlik Şurasının toplantısında fövqәladә vәziyyәt rejiminin müddәti müzakirә edilmәyib.

701997
Milli Tәhlükәsizlik Şurasının  toplantısı keçirilib

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilәn Milli Tәhlükәsizlik Şurasının toplantısında fövqәladә vәziyyәt rejiminin müddәti müzakirә edilmәyib.

Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinin  (FETÖ/PDY)  iyulun 15-dә  hәyata keçirdiyi uğursuz dövlәt çevrilişi cәhdindәn sonra  elan edilәn  fövqәladә vәziyyәt rejiminin müddәti oktyabr vә yanvar aylarında uzadılmışdı.

Toplantıdan sonra verilәn yazılı açıqlamada, iclasda Avropa ilә münasibәtlәr  vә terrorla mübarizә mәsәlәlәrinin müzakirә olunduğu bildirilib.

MTŞ bildirişindә : ‘‘Son günlәrdә bәzi Avropa ölkәlәrinin  Türkiyәli siyasәtçilәrә  qarşı atdığı antidemokratik addımlar qiymәtlәndirilib. Fiziki hücumlara  mәruz qalan vәtәndaşlarımızın hüquqlarının müdafiәsi üçün görülәcәk әlavә tәdbirlәr müzakirә edilib’’ deyә bildirilib.

Bildirişdә hәmçinin: ‘‘ Sәrhәd tәhlükәsizliyini tәmin etmәk,  terror tәşkilatı DEAŞ-ın hücumlarının qarşısını almaq, Suriyalı qardaşlarımızın ölkәlәrinә qeri qayıtmalarına imkan yaratmaq, vә ''Fәrat Qalxanı’’ әmәliyyatının  uğurla nәticәlәndiyi ifadә edilmişdir’’  deyә bildirilib.

Bildirişdә  Suriya  və İraqda terror təşkilatı DEAŞ ilə mübarizədә  PKK/PYD-YPG terrorçularından  istifadə edilməsinin  bölgədə əmin-amanlıq və etimad mühitinin yaradılmasına töhvә  verməyəcəyi, əksinə orta və uzun perspektivdə yeni problemlərin yaranmasına səbəb olacağı bir daha qeyd edilib. Bölgədəki bütün terror təşkilatları ilə fəal şəkildə mübarizə aparan Türkiyənin terrorçu elan etdiyi qruplara  müttəfiqlərin pul, silah, hərbi ləvazimat dəstəyi verməsinin dostluq münasibətlərini  zәdәlәyәcәyi  xüsusi vurgulanır.

 



Әlaqәli Xәbәrlәr