Xaricilərin Türkiyə marağı

Türkiyə iqtisadiyyatına tam şəkildə etimad göstərdiklərini ifadə edən beynəlxalq şirkətlərin rəhbərləri sərmayə qoymağa davam edəcəklərini bildirirlər.

700926
Xaricilərin Türkiyə marağı

  Samsung Electronics-in Türkiyə prezidenti Dae Hyun Kim Türkiyədə gələcək üçün sərmayə qoyduqlarını, gələcəyə hazırlaşdıqlarını ifadə edərək, yeni mağazalar açdıqlarını, bunun da yeni iş imkanları olduğunu qeyd etdi.
 
  Nestle Türkiyə İdarə Heyətinin sədri və icraçı direktoru Feliks Allemann da "fantastik" bir ölkə olan Türkiyənin çox yaxşı coğrafi mövqeyə malik olduğunu və sürətlə inkişaf edən bir iqtisadiyyatı olduğunu vurğuladı.
 
 Allemann Türkiyədə 108 ildir fəaliyyət göstərdiklərini xatırladaraq, gələcəkdə daha çox sərmayə qoyacaqlarını bildirdi.
 
 Türkiyədə 2 ildir yaşadığını və çox xoşbəxt olduğunu dilə gətirən Allemann özünü Türk kimi hiss etdiyini söylədi.
 
 Novartis-in Türkiyə rəhbəri Peter Catalino isə Türkiyədə hər il yatırımlarını artırdıqlarını, keçən il Türkiyəyə təqribən 20 milyon dollar sərmayə yatırdıqlarını qeyd etdi.
 
 Catalino:"Türkiyə iqtisadiyyatının müvəffəqiyət əldə edəcəyinə inanıram. Türkiyəyə və Türk insanına inanıram. Buradan getməyəcəyik və burada uzun müddət qalacağıq" ifadələrini işlətdi.
 
 Hyundai Assan-ın sədri Mong Hyun Yoon Türklərin dostcanlı olduğunu ifadə edərək, Türkiyənin özünün ikinci evi olduğunu dedi.



Әlaqәli Xәbәrlәr