İranlı turistlər Van sərhəd qapısında qüllərlə qarşılanıb

İrandan Türkiyəyə, son üç ilin ən sıx turist axını yaşanır.

695779
İranlı turistlər Van sərhəd qapısında qüllərlə qarşılanıb

Cari  ildə  İranlıların Türkiyəyə girişləri erkən başladı.

Ölkələrindəki 13 gün novruz tətilini Türkiyədə keçirmək istəyən çox sayda iranlı turist, Van Kapıköy Sərhəd keçid məntəqəsindən Van Ticarət və Sənaye Palatası  idarə heyəti üzvləri ilə agentlik və otel administratorları tərəfindən çiçəklərlə qarşılandı.

Şəhərdə hər  il 15 mart 5  Aprel    tarixləri   arasında  təşkil  edilən  "Van Shopping Fest" festivalının   cari  ildə  İrandakı novruz tətili  ilə  eyni   günlərə  təsadüf  etməsi,  işıqlarla rəngləndirilən küçələrdə Fars  dilində  afişalarla  məhsullarını  təqdim  edən   iş adamlarının  üzünü  qüldürdü.

Keçən il Novruz Bayramı tətilində 102 min İranlı Van  şəhərinə  gəlmişdi. Bu il daha çox turist keçişi gözlənilir. Şəhərdəki   otellər  İranlı  turistlərlə  dolub  daşdı. 



Әlaqәli Xәbәrlәr