Ho-in Kang, Baş nazirin qəbulunda olub

Cənubi Koreya Torpaq İnfrastruktur və Nəqliyyat naziri Ho-in Kang, ‘Çanaqqala 1915 Körpüsü’nün təməl atma mərasiminə qatılmaq üçün Türkiyəyə gəlib.

693030
Ho-in Kang, Baş nazirin qəbulunda olub

Cənubi Koneyalı nazir Türkiyəyə səfəri çərçivəsində, Baş nazir Binali Yıldırım tərəfindən qəbul edilib.

Görüşdə tarixi dostluq və həmrəylik üzərində ucalan ikitərəfli əlaqələrin inkişafı etdirilməsinin lazım gəldiyi və bunu hər iki ölkənin də arzuladığı vurğulanıb. 2017-ci il, diplomatik əlaqələrin 60-cı ildönümü münasibətiylə Türkiyə - Koreya Mədəniyyət ili elan edilib. İki ölkə arasındakı ticarət həcmi başda olmaqla, investisiyaların və turizmin artırılması, Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (fəto / YDY) ilə mübarizə mövzuları ətraflı müzakirə edilib.



Әlaqәli Xәbәrlәr