Hollandiyaya qarşı iqtisadi sanksiyalar da gündəmə gələ bilər

Gömrük və ticarət naziri Bülənd Tüfənkci Hollandiyaya qarşı iqtisadi sanksiyaların da gündəmə gələ biləcəyini söyləyib.

691325
Hollandiyaya qarşı iqtisadi sanksiyalar da gündəmə gələ bilər

Gömrük və ticarət naziri Bülənd Tüfənkci Hollandiyaya qarşı iqtisadi sanksiyaların da gündəmə gələ biləcəyini söyləyib.

Toplantıda iştirak etmək məqsədilə Van şəhərində olan nazir jurnalistlərin suallarına cavabında deyib ki, hüquqi və siyasi sanksiyalarla yanaşı gələcəkdə iqtisadi sanksiyalar da gündəmə gətirilə bilər. Hal-hazırda sadəcə siyasi və hüquq sahəsində sanksiyalar tətbiq edəcəyik. 

Qeyd edək ki, Hollandiya hökuməti martın 11-də xarici işlər naziri Mövlud Çavuşoğlunun teyyarəsinin enmasinə icazə verməmiş, ailə və sosial siyasətlər naziri Fatma Bətül Sayan Kayanı isə Türkiyənin Rotterdam Baş konsulluğuna qoymamışdı.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2016-cı ildə Hollandiya ilə Türkiyə arasındakı ticarət həcmi 6 milyard 604 milyon dollar olub. Türkiyə Hollandiyaya 3 milyard 589 milyon dollarlıq ixracat reallaşdırıb. Bu ölkədən isə 3 milyard dollarlıq idxalat olub.

Türkiyədə 2 min 711 Hollandiya sərmayəli şirkət, Hollandiyada isə 23 min Türk təşəbbüskar fəaliyyət göstərir. Türk şirkətlərinin 2015-ci ildəki gəliri isə 9 milyard dolları keçib.



Әlaqәli Xәbәrlәr